!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə əməliyyat – Soyuq silahlar tapıldı – Foto

!Reklam – Yazi

2fc0eacefd0363f99a0402fce302bcafde2cea19Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də mülki dövriyyəsi qadağan edilən soyuq silahların respublikamıza gətirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkarlanıb.

Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda bıçağa bənzər predmetin təsviri görünüb. Gömrük əməkdaşlarının həmin baqajı təkrar yoxlaması nəticəsində vətəndaşın çamadanından 1 ədəd tünd qəhvəyi rəngli gövdəsi olan süngü-bıçaq aşkar edilib.

Moskva-Gəncə aviareysilə gələn digər Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı isə monitorda “beşbarmağ”a oxşar əşyanın təsviri görünüb.

Gömrük əməkdaşları həmin baqaja təkrar yoxlama keçirərkən vətəndaşın çantasından 1 ədəd gümüşü rəngli metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.

Frankfurt-Bakı aviareysilə gələn daha bir Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış keçirildikdə isə monitorda dəyənək təsviri əks olunub. Gömrük əməkdaşları həmin baqajı təkrar yoxladıqda vətəndaşın çamadanından1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv