www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz C220 CDI” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Digər fakt isə “Samur” gömrük postunda qeydə alınıb. Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz 200” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."