“Google” nəhəng layihəsini dayandırdı

Müəllif: Redaktor

Editor

“Google” nəhəng layihəsini dayandırıb.

Trend-in məlumatına görə, 2014-cü ildə pilotsuz uçuş aparatları (PUA) istehsal edən “TitanAerospace” şirkətinin səhmlərini alan “Google” dünyada internetin əlçatmaz olduğu yerlərdə PUA vasitəsilə internet xidmətlərinin göstərilməsini nəzərdə tutan “Titan” layihəsini dayandırdığını elan edib.

Qeyd edək ki, bundan əvvəl aparılan sınaq uçuşlarından sonra “Titan” bəzi texniki problemlərlə qarşılaşmış və layihə üçün ayrılan maliyyə vəsaiti azaldılmışdı. Daha sonra PUA Arizonada qəzaya uğramışdı.

 

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır