!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Goranboyda qaz sobası partladı: Xəsarət alan var

!Reklam – Yazi

Goranboyda qaz sobası partlayıb, xəsarət alan var.

Yeniçağ.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Nəhayət Cabbarova evin hamamında qaz sobasına odun yığaraq üzərinə neft töküb. Qazın gəlişindən xəbərsiz olan qadın kibriti çəkən zaman partlayış baş verib.

Ağır yanıq xəsarətləri alan N. Cabbarova Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona 4-cü dərəcəli yanıq (bədənin 90 faizinin yandığı) diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Yeniçağ.az

www.yenicag.az

1111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv