Goranboyda şagird orta məktəbə qumbara gətirib

Müəllif: Redaktor

Editor

c4b0a217008018e0131abfa199cb5a02Goranboyda şagird məktəbə qumbara gətirib.

Oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınıb və Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildiriblər. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır