!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Görüş yeri problemə çevrilib” – Seçkiyə qatılan müxaliflərin üsyanı

!Reklam – Yazi

1444990528130209360_1000x669Bəybala Əbil: “Görüş keçirmək üçün ayrılan məkanlar məntəqənin ən ucqar, insanların gəlməsi üçün çətin olan yerlərdə seçilib”

Taleh Əliyev: “Ötən parlament seçkilərilə müqayisədə bu seçkilərdə namizədlərə təşviqatla bağlı yaradılan şərait son dərəcədə qeyri-qənaətbəxşdir”

Elman Fəttah: “Hökumət təbliğat-təşviqat imkanlarını məhdudlaşdırıb və demək olar ki, tamamilə ləğv edib”

Artıq parlament seçkiləri üzrə təbliğat-təşviqat prosesi gedir. Namizədlər bu xüsusda seçiciləri ilə təmasda olmağa çalışır. Görəsən, bu fonda seçki durumu ilə bağlı vəziyyət nə yerdədir?

“Azadlıq-2015” seçki blokunun seçki qərargahı sədri Bəybala Əbil Yenicag.az-a açıqlamasında insanlarla görüş yerlərinin ucqar ərazilərdə müəyyənləşməsinin təbliğat prosesinə maneə olduğunu dedi: “Təbliğat aparmaq üçün ən vacib amil məkanla bağlıdır. Bu məsələdə də bütün ölkə üzrə problemlər yaşanır. Görüş keçirmək üçün ayrılan bu məkanlar məntəqənin ən ucqar, insanların gəlməsi üçün çətin olan yerlərdə seçilib. Hətta namizədlərin evlərə gedib adamlarla görüşməsinə də problem yaradırlar. Ölkədə ümumiyyətlə, seçki əhval-ruhiyyəsi yoxdur. Normal təbliğat şəraiti yaradılsaydı, onda seçkilərin olduğu da bilinərdi. İndilikdə isə bu hiss olunmur. Buna baxmayaraq çarəsizlikdən əlimizdən gələni edirik ki, mümkün qədər çox namizədlərlə görüşə bilək”.

Ümid Partiyasının İcra Aparatı rəhbəri Taleh Əliyev təbliğat-təşviqat prosesinə yaradılan şəraitin normal olmadığını vurğuladı: “Ötən parlament seçkilərilə müqayisədə bu seçkilərdə namizədlərə təşviqatla bağlı yaradılan şərait son dərəcədə qeyri-qənaətbəxşdir. Əvvəllər hər bir məntəqə ərazisində seçicilərlə kütləvi görüş üçün yer ayrılırdısa, bu fədə hər bir dairə üzrə görüşlər üçün cəmi iki yer ayrılıb. Onlardan biri açıq, digəri isə qapalı görüş keçirməyə hesablanıb. Ölkədə seçki dairələrinin çoxunun kənd rayonlarında olduğunu nəzərə alsaq, bir-birindən 30-40 km aralıda olan kənd sakinlərinin həmin məkanlara toplayaraq təbliğat aparılması mümkünsüzdür. Xüsusən də qeyd edim ki, 99 saylı Şəmkir kənd seçki dairəsi sədri açıq şəkildə namizədi təhdid edib ki, qoyulmuş lövhələrdən kənara şəkil vurulduqda, bu plakatlar həmin ərazilərdən yığışdırılacaq. Bakıda namizədlərin şəkillərini razılaşdırılmış qaydada ayrı-ayrı ərazilərə də vurduğunu desə də, sədr bildirib ki, ora Bakıdır, bura Şəmkir. Bundan da aydın görünür ki, ölkədə keçirilən seçkilər vahid seçki məcəlləsi üzrə deyil, ayrı-ayrı ərazilərdə dairə seçki komissiyaları, yerli icra hakimiyyəti orqanlarının bilavasitə iradəsi altında keçirilən bir seçki prosesinə çevrilib. Bu da ölkədə ədalətli seçki olmayacağını deməyə əsas verir”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə ölkədə seçki təbliğatına ümumiyyətlə şərait yaradılmadığı qənaətindədir: “Deyərdim ki, seçki kampaniyası başlamamış təbliğat-təşviqat kampaniyası hökumət tərəfindən ləğv edilib. Bu dövrün əsas işi pulsiz efirdən istifadə, ictimai diskussiyaların təşkilidir. Lakin pulsuz efir yoxdur. Deməli heç bir ictimai diskussiya da yoxdur. Bunlar olmadıqda hansı təbliğat-təşviqat kampaniyasından danışmaq olar? Hökumət pulsuz efir vaxtını ləğv etməklə təbliğat-təşviqat kompaniaysına da son verdi. Bunlar olmadıqda isə seçkilərlə bağlı digər məsələlər də əhəmiyyət kəsb etmir. Hökumət heç seçkinin özünü təbliğ etmir. Hökumət təbliğat-təşviqat imkanlarını məhdudlaşdırıb və demək olar ki, tamamilə ləğv edib”.

ELÇİN

www.yenicag.az

826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv