“Göteburq” “Qarabağ” dan UEFA-ya şikayət etdi

Müəllif: Redaktor

Editor

maxresdefaultgeteburqdaCümə axşamı Bakıda keçirilən qarşılaşma zamanı Ağdamın “Qarabağ” klubuna 3:0 hesabı ilə məğlub olan İsveçin “Göteburq” klubu Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyünün bərbad olması ilə bağlı UEFA-ya şikayət edib.

Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən “Göteburq”un iki futbolçusu – Mikael Boman və Soren Riks meydanda olduqları vaxt zədələnib. İsveçlilər hesab edir ki, stadionun qazonu pis olduğuna görə məğlub olublar.

“Mən topa zərbə vurmaq istəyərkən ayağım qazona ilişib qaldı. Bu mənim karyeramda oynadığım ən pis ot örtüyü idi. “Qarabağ” futbolçularının belə bir qazonda oynaya bilməsi məni çox heyrətləndirdi”, – deyə Boman bildirib.

“Göteburq” rəhbərliyi oyundan sonra yazılı formada öz şikayətini bildirib: “UEFA-nın xeyli sayda qaydaları var, lakin nədənsə oyunu yaxşı qazonda keçirmək barədə qayda yoxdur”, – deyə İsveç klubunun idman direktoru Mats Qren bildirib.

Bu arada “Göteburq”un baş məşqçisi Frank Andersson bəyan edib ki, qazon onun komandasının məğlubiyyətinin əsas səbəbi deyil, lakin yenə də şikayətin verilməsi barədə qərar qəbul edildi.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır