yenicag.az
yenicag.az

Göy-göldə bədbəxt hadisə – Turist öldü

Göy-göldə bədbəxt hadisə – Turist öldü

Müəllif: Redaktor

Editor

werwer40Bu gün saat 16 radələrində Göy-göl Milli Parkının ərazisinə ziyarətə gələn turistlərdən biri qəfil ürək tutmasından dünyasını dəyişib.

Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, ailəsi ilə birgə Milli Parka ziyarətə yollanmış Cavad Rüstəm oğlu Rüstəmovun, parkın ərazisinə daxil olduqdan təxminən 10 dəqiqə sonra, gəzinti zamanı qəfildən halı pisləşib. Ona Milli Parkın əməkdaşları tərəfindən ilkin yardım göstərilib və dərhal təcili tibbi yardım maşını çağırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər həmin şəxsin ürək tutmasından dünyasını dəyişməsi faktını təsdiqləyib.

Baş vermiş bədbəxt hadisə ilə bağlı Milli Parkın rəhbərliyi tərəfindən rayon polis şöbəsinə və prokurorluğa məlumat verilib.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti