Göyçayın yolları təmir olunur

Göyçayın yolları təmir olunur

Müəllif: Manager

Baş Redaktor

загруженное (13)Göyçayda şəhər və kənd yolları, eləcə də rayon ərazisindən keçən magistral avtomobil yolları yenidən qurulur.

Bu ilin 9 ayı ərzində Göyçay Yol İstismar İdarəsi tərəfindən ilə daxili imkanlar hesabına rayonun Potu kəndinin ərazisində mərkəzi yola 12 min kvadratmetr, Hacalıkənd-Qaraman-Ləkçiplaq avtomobil yoluna 6 min kvadratmetr yeni asfalt örtüyü salınıb. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 9 min nəfər əhalisi olan 5 kəndi birləşdirən və uzunluğu 11,6 kilometr olan Ləkçılpaq-Yalman-Şıxbəy-Məlikkənd-Şıxəmir avtomobil yolunun tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. “İkinci Kənd İnvestisiya Layihəsi” (AZKİL) çərçivəsində rayonun Çaxırlı, Yekəxana, Çayarxı və Ungütlü kəndlərində kənddaxili yollara çınqıl daş döşənib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 17 iyul tarixli Sərəncamına əsasən, rayonun Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun yenidən qurulması işləri hazırda sürətlə davam etdirilir. Bundan əlavə, Muğanlı-Yevlax avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsi və Göyçay-Ucar avtomobil yolu da yenidən qurulur.

Göyçay şəhərinin Heydər Əliyev prospektində, M.Hüseynzadə, Nizami, Ə.Kərim, R.Rza, M.Ə.Rəsulzadə, S.Vurğun, 20 Yanvar, Vaqif, N.Nərimanov, H.Z.Tağıyev, Nəsimi, Ə.Qarayev, Xətai, Ə.Cavad, Z.Bünyadov, Xanlar, Xəqani, R.İsayev, Bakı, Şirvani, Ü.Hacıbəyov və Qantəmir küçələrində 274,5 min kvadratmetr yeni asfalt örtüyü salınıb. Eyni zamanda, hazırda Heydər Əliyev prospektində, N.Nərimanov, Nizami, Rəsulzadə, M.Hüseynzadə, R.Rza, Bakı, Natəvan, Şəhriyar, Nəsimi küçələrində abadlıq işləri aparılıb. (azertag.az)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti