www.sinerjipro.net

SinerjiProWide
Reklam

26585Sabah Göyçayda nar bayramı olacaq. Göyçayın narı məhşur olduğu üçün, bu şəhərdə təşkil olunan Nar bayramı da elə səs-küylü olur.

Göyçayda nar bayramının hazırlıq işlərinə artıq iki gündür ki, başlanılıb. Nar bayramı təkcə müxtəlif yerlərdən gətirilən narların nümayişi ilə kifayətlənməyəcək, həm də müxtəlif yerlərdən həmçinin Bakıdan da gələn müğənillərin çıxışı ilə böyük bir konsert baş tutacaq.

Axşam saatları olmasına baxmayaraq nar bayramına hazırlıq işləri isə davam etdirilir.

Nar Bayramının keçiriləcəyi Heydər Əliyev prospekti hazır vəziyyətə gəitirilib. Prospektin müxtəlif yerlərində bayramın atributları asılıb. Göyçay İcra Hakimiyyətindən bildirdilər ki, hər il bu bayramının təmtəraqla keçirilməsində məqsədlərdən biri, rayonda narçılıqla məğul olan fermerlərin marağını bu sahəyə daha da artırmaqdır. Bundan başqa fermerlərə şərait yaradılır ki, bayrama gələn sahibkarları öz məhsulları ilə tanış edə bilsinlər. O ki, qaldı bayram proqramına.

Göyçay icra hakimiyyətinin başçısının müavini Rəşxəndə Nəcəfova deyir ki, bu il məhsul boldur və 35 min tona qədər məhsul tədarük edilməsi nəzərdə tutulub: “55 təsərrüfatdan fermerlər gələcək yarmarkaya. Nar müsabiqələri təşkil ediləcək. Ən böyük nar, ən kiçik nar, ən yaxşı nar sıxmaq müsabiqələri olacaq. Qaliblərə pul mükafatı veriləcək”.

Nar bayramı ilə əlaqədar rayonun hüquq-mühafizə orqanları da gücləndirilmiş iş rejiminə keçib.

Göyçay rayon Polis İdarəsinin nümayəndəsi Əflatun Məmmədov qeyd edir ki, təhlükəzilik tədbirlərilə bağlı rayon mühafizə xidmətinin 100-dən çox əməkdaşı tədbirə cəlb olunub.

Səhər saatlarından başlayacaq bayram axşama qədər davam edəcək. (anspress.com)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."