!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyçaya qənim kəsilən məmurdan şikayət var – Әhmədzadənin kadrının yeyintilərindən xəbəri var?

!Reklam – Yazi

imageAdam var haqqında danışılanda bilirsən ki, yaxşı ad çəkirlər, adam var adını çəkəndə dad çəkirlər”.

Reallıqdır ki, əyalətlərdə bəzi məmurlar “at oynadıb dövran sürür”, sadə vətəndaşların hüquqlarını ayaqlayır, Dünya iqdisadi böhran yaşadığı bir vaxtda Dövlətimizin sosial-iqdisadi problemlərin həlli istiqamətində ayırdığı vəsaitləri müxtəlif yollarla silərək halal malı bilib “həzmi-rabe”dən keçirir və “tam xoşbəxt olmaq üçün” özlərinə çoxlu sayda villa və gəlir gətirən obyektlər ucaldırlar. On ilə yaxındır ki, Şakir Əhmədov Göyçay rayon Suvarma Sistemləri İdarəsinə rəhbərlik edir. Bu müddət ərzində xüsusi iş prinsipləri ilə seçilən Ş. Əhmədovun qanunsuz əməlləri barəsində Respublikanın müxtəlif instansiyalarına xeyli sayda şikayətlər ünvanlansa da bu şikayətlərin cavabsız qalması rayonda vəziyyəti xeyli gərginləşdirib. “Sfera.az”-a etibarlı mənbələrdən daxil olan məlumata görə adıçəkilən idarədə əsl özbaşınalıqdır və Ş.Əhmədov hətta bu özbaşınalığın əlindən tutub rayon təsərrüfatlarını gəzdirir. Suvarma Sistemləri İdarəsinin əsas məqsədi su təsərrüfatı sahəsində dövlət xidməti göstərmək, torpaqların su təminatını həyata keçirmək olduğu halda Ş. Əhmədov hətta rayon mərkəzinə yaxın olan Çayarxı, Hacalıkənd, Potu, Yeniarx və digər xeyli sayda kəndlərdə təsərrüfatları su ilə imtahana çəkərək məhv olmaq dərəcəsinə çatdırıb. Xüsusi olaraq texnikanın kanal və arxları təmizləməsi üçün lazımi pulu ödəməyən sadə vətəndaşların təsərrüfatlarına su verilmir. Belə ki, Ş. Əhmədov “sağlam” xidmət müqabilində təsərrüfat sahiblərini “yağlama”dan keçirir. Bir çox halda baxımsızlıq üzündən qamışlıqlarla tutulmuş, zibil tullantıları ilə dolmuş arx və kanalların təmizlənməsi bir yana, suvarma üçün yararlı olan arx və kanallar belə “sağlam” xidmət müqabilində “yağlama” olmadıqda texnika gətirilərək torpaqlanır, nəticədə təsərrüfatlar susuzluqdan məhv olub gedir. “Sfera.az”-a daxil olan məlumatda idarənin texnikalarının çox zaman həftələrlə, bəzən aylarla təyinatı üzrə deyil, qeyri-qanuni şəkildə imkanlı şəxslərin villa və obyektlərinin tikintisində işlədiyi də bildirilir. Bu yolla Ş. Əhmədovun şəxsi büdcəsini xeyli artırdığı söylənilir. Hər il Göyçay rayon Suvarma Sistemləri İdarəsinə Dövlət büdcəsindən 150-200 min manat ayrılsa da həmin pullar kanal və arxların təmizlənməsi adı ilə sənədləşdirilərək Ş. Əhmədov tərəfindən mənimsənilir. Su böyük fermer təsərrüfatlarına verilərək kanal və arxların təmizlənməsi pulu həmin fermerlərdən alınır. Bu yolla Dövlət tərəfindən ayrılmış pulları mənimsəyən Ş. Əhmədov Göyçayın ən varlı adamları siyahısında bəlkə də birincidir. Mənbənin bildirməsinə görə, idarənin texnikaları üçün ayrılmış müxtəlif növ yanacaqlar da saxta sənədləşmələr aparılaraq müxtəlif şəxslərə satılır və bu “alış-verişdən” əldə olunan pullar da Ş. Əhmədovun cibinə gedir. Rayonda bir çox adamlar yanacağı bir qədər ucuz qiymətə bu idarədən götürür. Onların arasında Bakıya işləyən maşınların üstünlük təşkil etdiyi bildirilir. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəhbəri Ş. Əhmədovun qanunsuz əməlləri təkcə bunlarla bitmir. Saytımıza daxil olan məlumat geniş və çoxşaxəli olduğundan növbəti yazımızda sözügedən idarədə işləyən “ölü canlar”, Ş. Əhmədovun daha bir gəlir mənbəyi olan işçilərin maaş kartları, Dövlət vəsaitlərini mənimsəməklə əldə etdiyi təsərrüfatlar, evlər, villa və obyektləri və başqa digər hallar barədə ətraflı məlumat verəcəyik.

Yusif Məmmədov

www.yenicag.az

1447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv