yenicag.az

Göyçayda сanavarlar 40-dan çox qoyunu parçaladı

Göyçayda сanavarlar 40-dan çox qoyunu parçaladı

Müəllif: resul

Editor

Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçiplaq və Qızılağac kəndlərində qeydə alınıb.

Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-u parçalayaraq tələf edib, 18-i isə ağır yaralayıb. Həmçinin, yırtıcı heyvanlar Ləkçiplaq kənd sakini Ramiz Yusifova məxsus tövləyə hücum edərək oradakı 23 baş qoyundan 6-nı öldürüb, 9-u yaralayıb.

Xəsarət alan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dizinfeksiya edilərək torpağa basdırılıb. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.

Qeyd edək ki, ötən həftə canavarlar Ləkçiplaq kənd sakini Şirvan Kərimova məxsus 7 baş qoyunu parçalayaraq tələf etmiş, 4-ü yaralamışdı.

Yeniçağ.Az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti