www.sinerjipro.net

SinerjiProWide
Reklam

d20ffdb649646aa2edf305bd8ebf5b58Göyçay-Ucar yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 9:00 radələrində yolun 8-ci kilometrliyində, Göyçayın Mallı-Şıxlı kəndi ərazisində qeydə alınıb. Ucar sakininə məxsus 61-BD-618 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən 4 piyadadan ikisini vurub. Məlumata görə, Göyçayın Xəlitli kənd sakinləri – 1993-cü il təvəllüdlü Mikayılov Elnur Firudin oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Zahid Veyis oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəsarət almasa da, həkim müayinəsindən keçirilərək evə buraxılıb.

Hadisəyə çiskinli havada sürücünün idarəetməni itirərək avtomobili yolun kənarına çıxarması səbəb olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."