Göygöldə DƏHŞƏT! Üstünə dəmir boru aşan şagird öldü

Göygöldə DƏHŞƏT! Üstünə dəmir boru aşan şagird öldü

Müəllif: Redaktor

Baş Redaktor

987ed389d53fGöygöl rayonunda məktəbdə baş verən hadisə nəticəsində xəsarət alan məktəbli dünyasını dəyişib.

14 yaşlı məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

***
Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Hadisə rayonun Çaykənd kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır(APA).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti