!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

!Reklam – Yazi

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

“Mercedes” və “VAZ 2103” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, rayonun Topalhəsənli kənd sakini 1949-cu il təvəllüdlü Məhərrəmov Behbud Zülfüqar oğlu və qadın sərnişin müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, xəsarət alanlar Gəncəyə yas yerinə gedirlərmiş.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv