Göygöldə partlayış: yaralanan var

Müəllif: Redaktor

Editor

Skoru-tecili-yardimGöygöl rayonunda partlayış baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, rayonun Qırıqlı kənd sakini 1988-ci il təvəllüdlü Elnurə Ələddin qızı Kərimova hamam otağında çimərkən su qızdırıcısının (“kolonka”) partlaması nəticəsində xəsarət alıb. Xəstə Göygöl Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə göndərilib.

Ona sifətin, kürəyin, hər iki yuxarı ətrafın yanığı diaqnozu qoyulub. E.Kərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır