!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gözlənilən gün gəldi: 27 FETÖ-çu general hakim qarşısında – 221 müttəhim

!Reklam – Yazi

FETÖ terror şəbəkəsinin 2016-cı il 15 iyul çevriliş cəhdi zamanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında yaşananlarla bağlı məhkəmə prosesi başlayıb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə prosesində 221 müttəhimin 15 iyul çevriliş cəhdində iştirakı araşdırılacaq.

Məlumata görə, hakim qarşısına çıxarılan müttəhimlər arasında çevriliş təşəbbüsçülərinin yaratdıqları “Yurdda sülh şurası”nın 38 nəfər üzvü də var.

Sincan Cəza-Edam Qurumları Korpusundakı Ankara 17-ci Ağır Cəza Məhkəməsində başlayan prosesin iyunun 16-na qədər davam edəcəyi gözlənilir.

Qeyd olunur ki, 15 iyul gecəsi öldürülən Semih Terzi istisna olmaqla adıçəkilən Şuranın üzvlərinə 2 min 988 dəfə ağırlaşdırılmış cəza tələb olunub.

Bu işlə bağlı ittihamnamə 200 həbsdə olan, 9-u azadlıqda qalan, 12-si isə ölkədən qaçan ümumilikdə isə 221 nəfəri əhatə edir.

Hərbçi müttəhimlərdən 1-i ordu generalı, 3-ü general-polkovnik, 4 -ü general-leytenant, 16-sı general-mayor, 3-ü kontr-admiral, 26-sı polkovnik, 27-si polkovnik-leytenant, 37-si mayor, 21-i kapitan, digərləri isə aşağı rütbəli zabitlərdir. Müttəhimlər arasında müxtəlif vəzifələrdə işləmiş 12 mülki şəxs də var.
Müttəhimlər “Konstitusiyaya zidd əməllər”, “Türkiyə Böyük Millət Məclisini zorakılıqla ləğv etməyə cəhd”, “Silahlı terror təşkilatına üzv olmaq və onu idarə etmək”, “Prezidentə sui-qəsd”, “250 nəfəri qətlə yetirmək”, “Yüksək vəzifəli komandan və dövlət məmurlarının azadlığını məhdudlaşdırmaq” və digər cinayətlərdə ittiham olunurlar.

Qeyd olunur ki, məhkəmə prosesinin keçirildiyi korpusda yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Yeniçağ.Az

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv