!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

GSİ İctimai Birliyi 20 Yanvarla bağlı tədbir keçirib

!Reklam – Yazi

19 yanvar 2017-ci il tarixində “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyində 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar olaraq “20 yanvar – Qəhrəmanlıq Səlnaməsi” adlı tədbir keçirilmişdir

GSİ İctimai Birliyinin sədri Məmməd Gülməmmədov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar şəhidlərini və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Daha sonra M.Gülməmmədov İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və tədbirin mahiyyəti ilə bağlı məlumat verərək bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır”. 20 Yanvar faciəsinin qan izləri, qurumayan göz yaşları həmişə öz aktuallığını qorumuş və qoruyacaqdır. Çünki bu günahsız, əliyalın insanlara qarşı törədilmiş bir faciədir”.

M.Gülməmmədov sözünə davam edərək vurğuladı ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Tədbirdə ictimaiyyət nümayəndələri, 20 Yanvar və Qarabağ müharibəsi veteranları və şəhid ailələləri iştirak ediblər.

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv