www.sinerjipro.net

SinerjiProWide
Reklam

109440_res_01Azərbaycanın şimal-qərb bölgəsinə güclü dolu düşüb.

Bu gün saat 05:00 radələrindən başlayaraq iki saat ərazində Balakən, Zaqatala və Qax rayonlarında qeyri-sabit sabit hava şəraiti hökm sürüb.

Balakən Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, rayonun Talalar, Tülü, Yeni Şərif, Qaysa, Xalatala və s. kəndlərində güclü küləklə müşayiət olunan yağış yağıb, əraziyə qısamüddətli dolu düşüb. Dolu yağması nəticəsində adıçəkilən kəndlərdə əhalinin şəxsi təssərüfatlarına, meyvə bağlarına ciddi ziyan dəyib, bir sıra evlərin dam örtüyü zədələnib, əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Balakən rayon Fövqəladə Hallar Komissiyasının (FHK) əməkdaşları əhaliyə dəyən ziyanın miqyasını dəqiqləşdirmək üçün iş aparır.

Zaqatala RİH-dən APA-ya bildirilib ki, rayonun Uzuntala, Höytala, III Tala, Dağlı, Bəhmədli kəndlərinin və Əliabad qəsəbəsinin inzibati ərazilərinə güclü küləklə müşayiət olunan yağış yağması və qısamüddətli dolu düşməsi nəticəsində əhalinin meyvə bağlarına ciddi ziyan dəyib, bir sıra evlərin dam örtüyü zədələnib, əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyri-sabit hava nəticəsində Qaxın Qorağan, Tasmalı və Zəyəm kəndlərində də oxşar vəziyyət yaranıb. Hazırda Zaqatala və Qax rayonlarının FHK əməkdaşları ərazidə əhaliyə dəymiş ziyanın miqyasını hesablayır.

Qeyd edək ki, bölgədə keçən qeyri-sabit hava şəraiti nəticəsində Balakən rayonunun Gərəkli kəndində yaşayış evi ildırım düşməsi nəticəsində yanıb. Ev sahibi və onun 1 yaşı tamam olmayan körpə qızı yanıq xəsarətləri alaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."