www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ötən gün axşam saatlarından etibarən əsməyə başlayan güclü külək cənub rayonlarında ciddi fəsadlara səbəb olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, külək əsasən dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur.

Lerik rayon mərkəzinin bir hissəsi istisna olmaqla, digər ərazilərə elektrik enerjisi verilişi kəsilib.

Həmçinin təbii fəlakət nəticəsində meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib. Astara rayonunda iri gövdəli ağaclar yerindən qopub. Bir neçə yerdə elektrik və rabitə xətti dirəkləri sıradan çıxıb. Lənkəran və Masallı rayonlarında qəzalar səbəbindən bəzi kəndlər işıqsız qalıb. Bir sıra xətlər isə qəzaların qarşısını almaq məqsədi ilə şəbəkədən ayrılıb.

Astara rayonunda 32 yaşlı qadının üzərinə ağac aşıb. Belə ki, Motlayataq kənd sakini, 1985-ci il təvəllüdlü Şəfa Ziyabəddin qızı Əliyevanın üzərinə baş vermiş qısamüddətli güclü külək səbəbindən ağac aşıb. O, təcili olaraq Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Astara rayonunda əsən güclü külək nəticəsində daha bir nəfər xəsarət alıb. Təqribən 50 yaşında olan Pəlikeş kənd sakini Bağırov Etibar Manaf oğlunun da üzərinə ağac aşıb. Hələlik, şəxsiyyəti məlum olmayan şəxs bədənin müxtəlif nahiyələrindən sınıq və xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3045
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."