www.sinerjipro.net

SinerjiProWide
Reklam

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son oyununa çıxıb. 

Yenicag.az xəbər verir ki, Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Almaniya ilə qarşılaşıb.

Azərbaycan yığması bu oyunadək 9 tur ərzində 10 xal yığmışdı və Çexiyaya son məğlubiyyətdən sonra qrupda beşinci pilləyə enmişdi. Dünya çempionatının final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Bundestim isə seçmə mərhələdə hələ ki, xal itirməyən 2 komandadan biri idi.

Qarşılaşmada hesabı almanlar açsa da, komandamız buna Ramil Şeydayevin möhtəşəm qolu ilə cavab verməyi bacarıb. Qarşılaşmanın ilk yarısı heç-heçə bitib. Amma fasilədən sonra daha üstün oyun sərgiləyən meydan sahibləri ardıcıl 4 qol vuraraq, komandamızı böyük hesabla məğlub etməyi bacarıblar.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
8 oktyabr

Almaniya – Azərbaycan 5:1
Qol: L.Qoretska, 9; 66. S.Vaqner, 55. A.Rudiger, 64. Ə.Can, 81 – R.Şeydayev, 34.
Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksejs Spasjonnikovs, Aleksandrs Golubevs (hamısı Latviya).
Kayzerslaytern. “Fritz Valter Stadion”.

Almaniya: 12. Bernd Leno, 2. Şkodran Mustafi (4. Mattias Ginter, 36), 6. Niklas Şüle (16. Antonio Rudiger, 22), 9. Sandro Vaqner, 10. Lars Ştindl, 13. Tomas Müller (k) (15. Amin Yunes, 69), 14. Əmrə Can, 18. Coşua Kimmix, 19. Leon Qoretska, 20. Yulian Brandt, 23. Leroy Sane.
Ehtiyat oyunçular: 1. Kevin Trapp, 22. Mark-Andre ter Ştegen, 3. Marvin Plattenhardt, 5. Mats Hummels, 17. Jerom Boatenq, 21. Sebastyan Rudi.
Baş məşqçi: Yoahim Löv.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev (9. Namiq Ələsgərov, 87), 15. Ruslan Abışov, 16. Cavid Hüseynov (13. Dmitri Nazarov, 69), 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 77).
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 4. Pavel Paşayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 14. Rəşad Sadıqov, 17. Mahir Mədətov, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 91446
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.