yenicag.az
yenicag.az

Gülay Zeynallı: “Əcəb edirəm, mənə milyon versələr də, …” – Video

Gülay Zeynallı: “Əcəb edirəm, mənə milyon versələr də, …” – Video

Müəllif: Redaktor

Editor

unnamed“Mən hamının zövqünü oxşamağı bacarıram”

“ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin növbəti qonağı müğənni Gülay Zeynallı olub.

Sakit və təmkinli, hər zaman formada qalan, qalmaqallardan ətəyini yan qaçıran müğənni sənət yeniliklərindən danışaraq maraqlı açıqlamalar verib:

“Yeni musiqilərim var. Birinci həzin bir mahnıdır, “sənli günlərimə bağışla məni” adlanır. Sözləri Nazim Əjdərə, musiqisi isə İlhamə Adilqızına məxsusdur. Çox gözəl musiqidir.

İkinci mahnımız isə oynaq bir musiqidir. Özbək mahnısıdır. Sadəcə olaraq, biz ona yeni sözlər yazdırmışıq. Aranjiman İlkinə məxsusdur. Mahnı “Oyna” adlanır. Zəmanə mahnısıdır”.

“Oyna” bir az “çörəkli” mahnıdır. Anam deyir ki, belə mahnılar oxuma! Xalq, bəstəkar mahnıları oxu! Deyirəm, yox belə mahnılar da oxumaq lazmdır”.

Gülay acığa düşüb özbək mahnısını anonim kimi təqdim edəcəyini bildirib:

“Heç araşdırmamışam, əcəb edirəm. Kim bizim mahnını oxuyur, deyir, anonimdir. İndi mən də harda oxusam, deyəcəm, anonimdir. Türklər bizim mahnıları oxuyur, biz oxuyanda olmur?”

“Bir musiqimiz daha hazırdır. Bu yaxınlarda onu da ifa edəcəm. Elmira Rəhimovadan çox gözəl bir musiqidir. Heç kim onu ifa eyməyib. Düzdür, son zamanlar mənim bəzi mahnılarımın bəxti açılıb. Çalışıram ki, bütün təbəqələrin zövqünü oxşamağı bacarım”.

Bəzilərindən fərqli olaraq, ifaçı öz ruhuna uyğun olmayan mahnı sözlərini nə qəbul edir, nə də oxuyur:

“Mən sözlərə çox əhəmiyyət verirəm. Mahnını da seçəndə ilk növbədə onun sözlərinə qulaq asıram. Elə mahnı sözləri olur ki, deyirəm mənə milyon versələr da, bunu oxumaram. Mən heç vaxt mahnı ifa edəndə düşünmürəm ki, mahnı “tutsun”. O mahnını mən bəyənirəmsə, ifa edirəm”.

Mehriban ailənin şirinliyini dadan Gülay ailəsi haqda da danışıb, onu yerə göyə sığdıra bilmədi.

“Ailə Allahın verdiyi ən gözəl nemətdir. Övlad, ailə hissi heç nə ilə müqayisə oluna bilməz. Şükr edirəm ki, sənətim və ailəmi bir arada davam etdirə bilirəm. Düşünürəm ki, karyeradan da önəmli ailədir”.

Gülayın övladı üçün prinsipləri də var.

“Mən onu tez-tez məclislərə aparmıram. O, hələ uşaqdır, müəyyən yaşa kimi nazı ilə oynamaq lazımdır. Ancaq müəyyən yaşdan sonra ərköyünlük, “mən Kamilin qızıyam, mən Gülayın qızıyam” bunlar olmayacaq. İnsan çətinliyə də, “yox” sözünə də öyrəşməlidir”.

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti