“Gülən kimdir, Heydər Əliyevi hakimiyyətə xalqın iradəsi gətirdi” – Aqil Ələsgər

Müəllif: Redaktor

Editor

1464855688_9blpefddthc-604x320Bu günlərdə Türkiyə mediasında Azərbaycanda FETÖ fəaliyyətlərinə diqqət yetirən məlumatlar artmaqdadır.

Eyni zamanda bəzi düşmən qüvvələr də bundan öz maraqları üçün istifadə etməyə çalışırlar. Belə ki, Azərbaycan ilə bağlı kitab yazan İlhami Yanğın çox absurd iddialarla Gülənin 1993-cü ildə Azərbaycanda çevriliş etdiyini yazıb. “Camaatın ilk çevrilişi” adlı kitabda yer alan iddialara Azərbaycanda illərlə bu şəbəkəni araşdıran araşdırmaçı yazar Aqil Ələsgərin münasibətini öyrənmək istədik. Qeyd edək ki, A.Ələsgər Azərbaycanda Gülən Şəbəkəsi əleyhinə ilk kitabın (“Terrorun Gülən üzü”), yenə Türkiyədə də ölkəmizdəki bu fəaliyyətlərlə bağlı birinci kitabın (“Sessiz işgal-Azerbaycan`da FETÖ Örgütlenmesi”) müəllifidir.

Verdiyi açıqlamada Aqil Ələsgər qeyd etdi ki, kitabı oxumasa da, kitabın tanıtımı ilə bağlı materiallardan xəbərdardır: “Bilirsiniz, o dönəm ilə bağlı bu günə qədər yazılan heç bir nə Gülən qaynaqlarında, nə də digər qaynaqlarda bu bilgilər yoxdur. Üstəlik, bu o illərdəki hadisələrdə fərqli çalarlar axtarmaq da doğru deyil. O zaman Gülən heç Türkiyədə bu günki qədər güclü deyildi, o ki, qaldı Azərbaycana. Məsələn, yazıda “Zaman” qəzetinin Azərbaycanda insanları Elçibəyə qarşı ayağa qaldırdığı yazılır, guya xalqa bu qəzet pulsuz paylanırmış. Bu da doğru deyil? O dönəmin şərtlərini bilməyənlər üçün iddia etmək asandır. Həmin vaxt kim idi “Zaman” oxuyan? Eyni zamanda “Zaman”ın ilk təbliğ etdikləri elə Xalq Cəbhəsinin liderləri idi. Kitabda qeyd olunur ki, rəhmətlik Elçibəy bunlara məktəb qurmağa icazə vermədiyinə görə, devrildi. Yalandır. Gülənin adamları Azərbaycana ilk dəfə 90-cı ildə gəlsələr də, 91-ci ildən təməlini atdıqları məktəblərə rəsmi icazəni 1992-ci ildə aldılar. Qafqaz Universitetinin də rəsmi saytında qeyd olunur ki, “Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlamışdır”. Üstəlik, Surət Hüseynovun hara bağlı olduğunu və o zaman Azərbaycanın təhlükəsizliyinin hansı dövlətlər tərəfindən təhdid olunduğunu hamı bilir. Məhz daxildə və xaricdəki təhdidlərin qarşısında başda eks-prezident Əbülfəz bəy olmaqla, o zamankı iqtidar və ziyalılar böyük dövlət təcrübəsinə malik Heydər Əliyevi Naxçıvandan dəvət etdilər ki, ölkəni xilas etsin. Təbii ki, o dönəmdə Azərbaycanın müstəqilliyini qorumasını istəyən istər xaricdəki, istərsə də daxildəki insanlar bu qərarı dəstəkləyirdilər. thjhbjhbAncaq Gülən kimi bir İzmir mollasının o zaman belə bir çevriliş etməsini iddia etmək gülüncdür. Gülənçilər daim iqtidarlara yaxın olmaq istəyiblər. Zamanında Həsən Həsənova yaxın olmaq istəyirdilər, daha sonra Elçibəyə. Eyni xətti sonra da davam etdirdilər. Lakin onların burada varlığını davam etdirmələri Türkiyə hökumətinin bunları qeyd-şərtsiz dəstəkləmələri ilə bağlı idi. Böyük dövlət adamı Heydər Əliyevin yenidən qayıdışı isə tamamilə xalqın tələbi və onu istəməyənlərin belə bu tələb qarşısında təslim olmasından ibarətdir. Hesab edirəm ki, zamanında Fərman Dəmirqollarla ölkəmizdə qarışıqlıq yarada bilməyənlər indi də bu yolla iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq istəyirlər. Bu gün Heydər Əliyev siyasi kursunun ali davamçısı İlham Əliyev də FETÖ-yə qarşı mübarizəni Türkiyəyə də, başqa dövlətlərə də örnək olacaq şəkildə aparır”.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır