Yazı İçi 468×60

Türkiyədə Gülənin təhsil ocaqları şagird potensialının 50%-ni itirməsi səbəbindən “Paralel Şəbəkə”, sözügedən məktəbləri Gülənlə əlaqəsi  hələ də gizli qalan şəxslərin adına sənədləşdirməkdədir. Bununla onlar mövcudiyyətlərini qorumaq və ad dəyişikliyi ilə yeni məktəb olduqları görüntüsü yaratmaq niyyətindədirlər. Lakin ad və təsisçi dəyişsə də, müəllim və “bəllətmən” heyəti dəyişməz olaraq qalır.

Yenicag.az Türk mediasına istinadən bildirir ki, artıq Türkiyədə Camaatın B planını deşifrə olub. Belə ki, bəzi məktəblər üçüncü şəxslərə və ictimaiyyətdə o qədər də tanınmayan, Gülənlə əlaqəsi son dərəcə gizli olan şəxslərə həvalə olunub. Ancaq Heyət dəyişməz olaraq qalır. Bu məktəblərin fəaliyyətini araşdıran Türkiyənin Təhsil Nazirliyi həmin məktəblərdə sadəcə görüntü xarakterli dəyişiklik olduğunu, əsas heyətin olduğu kimi fəaliyyətini davam etdirdiyini müəyyən edib. Nazirılikdən verilən açıqlamada  “Gülən məktəbləri əl dəyişdirmiş kimi görünüb, yenə də fəaliyyətlərini davam etdirirlər. Biz bu məktəblərdə hökumət əleyhinə təbliğat aparıldığını müəyyən etdik” deyilib. Qeyd edək ki, Ərdoğanın “ övladlarınızı bu məktəblərə göndərməyin”  çağırışından sonra,  Gülən məktəblərinə tələbat yarıyarıya azalıb.

Maraqlıdır ki, eyni ssenari Azərbaycanda da davam etməkdədir. Məktəblərin guya başqa şirkətin ingilisdilli pilot məktəbləri olduğu elan olunsa da, müəllim və “bəllətmən” heyəti olduğu kimi fəaliyyət göstərməkdədir. Kağız üzərində rəhbər başqası görünsə də, yenə də “Çağ Öyrətim”in rəhbərliyi, xüsusilə Ənvər Özərən və Məsut Kurnazın başçılığı ilə lisey və hazırlıq kursları fəaliyyətlərini davam etdirirlər. Türkiyə Təhsil Nazirliyindən fərqli olaraq, Azərbaycan Təhsil Nazirliyi isə sələfinin yolunu davam etdirərək, Gülənizmin digər təhsil müəssisələrimizə də sirayət etməsinə göz yummaqdadır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."