!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülən prokuroru bu sözlərlə hədəf göstərib həbs etdirdi – Foto

!Reklam – Yazi

15328181_834762366667068_872881668_nFəthullah Gülənin Ərzincan Cumhuriyyət Prokuroru vəzifəsində olarkən həbs edilən İlhan Cihaner barəsində “Onu zərərsizləşdirəcək bir qoçaq yoxdurmu?” dediyi üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Gülən camaatına” qarşı təhqiqatların davam etdiyi dönəmdə istintaqdan gizlənən, daha sonra Antalyada saxta pasportla yaxalanan keçmiş prokuror Metin Özyurt ifadəsində FETÖ-çülərin Türkiyənin istintaq orqanlarında strukturlaşması barədə danışıb:

“Ergenekon” işində şahid olan Bayram Bozkurt İliçə təyin edildi. Bozkurtun o zaman Hakim və prokurorlar Yüksək Qurumu (HSYK) sədrinin müavini Kadir Özbek ile yaxın münasibətləri vardı. Onun sayəsində Bozkurtun İlhan Cihaner ilə münasibətləri daha möhkəmləndi. Bozkurt ondan öyrəndiklərini Ərzurum xüsusi işlər üzrə prokurorlara çatdırırdı. Cihanerin Camaat əleyhine istintaq apardığını öyrənənƏrzurum prokurorları o işlərin özlərinə göndərilməsini istədilər. Cihaner bu tələbi qəbul etmədikdə, Bozkurt və daha bir neçə nəfəri məxfi şahid kimi dövrəyə saldılar. Cihaneri həbs etdilər, dossyelər də Ərzurum’a göndərildi. Daha sonra o vaxt Hakim Aydın Eser şəxsən Adıyamana gedərək, oradakı gizli şahidlərdən birinin işə götürülməsi üçün Adıyaman prokuroruna təlimat verdi və o adam zabit katibi təyin edildi. Ərzincan dosyesində İlhan Cihaner üçün Fətullah Gülənin “Onu zərərsizləşdirəcək bir qoçaq yoxdurmu?” dediyini Ufuk Yeşil bir toplantıda dilə gətirmişdi. Bu təlimatdan sonra Osman Şanal Cihanerii həbs etdirdi. Eyni zamanda, 3-cü Ordu Komandanı Saldıray Berkin daha irəli çəkilməsinin qarşısı alındı”.

Yeniçağ.Az

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv