yenicag.az
yenicag.az

“Gülən təcili ölkəsinə təhvil verilsin” – ABŞ-da “Paralel Şəbəkə” narahatlığı çoxalır

“Gülən təcili ölkəsinə təhvil verilsin” – ABŞ-da “Paralel Şəbəkə” narahatlığı çoxalır

Müəllif: Redaktor

Editor

fetode_itirafci_patlamasi_yasaniyor_1448876127_7487ABŞ keçmiş Müdafiə Nazirliyinin keçmiş sözcülərindən olan Jeffrey D. Gordon, Gülənin Türkiyəyə ekstradisiya edilməyini istəyib.

Yenicag.az xəbər verir ki, Gordon, “The Hill” qəzetindəki məqaləsində 11 sentyabr, Boston Maratonu və son olaraq San Bernardinodakı terror hadisələrinə toxunub. O, “Gülənin din pərdəsi altında cinayətlərini ört-basdır etmək istədiyini” bildirərək, ABŞ rəhbərliyinə “Güləni təcili şəkildə ölkəsinə təslim etməliyik” çağırışında bulunub.

Gülən haqqında bir neçə ağır cinayətlə bağlı həbs olunma qərarı çıxarıldığına diqqət çəkən yazar ABŞ-ı NATO üzvü olan Türkiyəni təhdid edən bu şəbəkəyə dəstək verməməyə çağırıb.

ABŞ-da da Gülən əleyhinə açılan məhkəmə davalarına diqqət çəkən Gordon “Amerikanın öz təriqətini qurub, hər cür korrupsiyaya uğrayan belə bir qrupa ehtiyacı yoxdur” söyləyib.

Qeyd edək ki, uzun müddət Donald Ramsfeld və Robert Gatesin mətbuat katibi vəzifəsində çalışan Gordon hazırda respublikaçı siyasilərə xarici əlaqələr və milli təhlükəsizlik sahəsində məsləhətçilik edir.

Yenicag.az

Xəbərlər, Manşet, Özəl, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti