yenicag.az
yenicag.az

Güləndən Azərbaycanda Qurban bayramı adı altında ƏZƏLƏ NÜMAYİŞİ

Güləndən Azərbaycanda Qurban bayramı adı altında ƏZƏLƏ NÜMAYİŞİ

Müəllif: Redaktor

Editor

14348872_10209133317282804_1814696581_nFətullah Gülənin Azərbaycandakı şəbəkəsi Qurban bayramı münasibəti ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində ənənəvi qurbanlıq heyvanların kütləvi kəsimini təşkil edib.

Yenicag.az-a daxil olan məlumata görə, mərasimdə Gülən camaatının tanınmış üzvləri də yaxından iştirak edib.

Mehdiabaddakı kütləvi heyvan kəsimi ərazisində kəsilən qurbanlıqların paylanması fətullahçıların buradakı fəaliyyətlərinin davam etdiyini və hələ də “himmət” pullarını yığmaqda olduqlarını göstərir. Belə ki, başqalarının yerinə qurban kəsilməsi Gülənin ən böyük gəlir mənbələrindən sayılır. Türkiyədə bu barədə aparılan araşdırmalar Gülənin ciddi korrupsiya fəaliyyətini ortaya çıxarmışdı.

Qısa olaraq, qeyd edək ki, camaata bağlı iş adamları özləri qurban kəsə bilməz, onlar üzərlərinə qoyulan qurbanların pulunu verir, Camaat isə onların yerinə qurbanı kəsir. Maraqlıdır ki, hələ də Azərbaycanda Güləndən qopmayan və qurban haqqını onlara verən iş adamları çoxluq təşkil etməkdədir. Bu ilki Qurban kəsimlərində Dialoq Avrasiya Platformu rəhbərliyinin və iş adamlarının iştirakı diqqət çəkib.

Manşet, Araşdırma, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti