!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güləndən həyasız iddia: “170 ölkədə fəaliyyətimiz davam edir”

!Reklam – Yazi

FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülən Fransa telekanalına müsahibəsində rəhbəri olduğu təşkilatın hələ də fəaliyyət göstərdiyini iddia edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ lideri Fətullah Gülən “France 24” kanalının Ağ Ev müxbiri Filip Crouter ilə kanalın beynəlxalq müxbiri Lila Yakintoya müsahibəsində şəbəkənin indiki vəziyyəti və təşkilatın əsas fiqurlarından biri olan Adil Öksüz haqqında sualları da cavablandırıb.
Gülən jurnalistlərin “Hərəkatınız süqut etdimi” sualına əks cavab verərək, qurduğu şəbəkənin “bir fırtına ilə” dağılmayacağını iddia edib:

“Mən belə zənn etmirəm. Bəzi yerlərdə məktəblər sadəcə, yerli insanları rəhbərliyinə keçdi, eyni düşüncə isə davam edir. Asiyada da, Uzaq Şərqdə də belə oldu. Ola bilər ki, bir-iki ölkədə bizə qarşı yürüdülən siyasət nəticə verdi. Ancaq 170 ölkədə fəaliyyətimiz davam edir. 20-30 ildir ki, bizim adamlara qarşı dərin etimad formalaşıb və mən bu şəbəkənin bir fırtına ilə dağılacağını düşünmürəm”.

FETÖ terror şəbəkəsinin ikinci şəxsi sayılan Adil Öksüzü tanıyıb-tanımaması və onunla görüşüb-görüşməməsi haqqında sualı isə belə cavablandırıb:

“Adil Öksüz tələbə olduğu zamanlarda bizim dərdlərimizdə iştirak edib. Çevrilişlə əlaqədar olaraq, buraya gəlib-gəlmədiyini bilmirəm. Bəlkə də bir neçə il əvvəl gəlib… Mətbuatda onun uşağı ilə şəklim yayılmışdı. Mənim yüzlərlə insanla şəklim var. Şəklim olan adamlarla belə bir münasibət qurmaq… Hər şey danışmaq olar…”.

Qeyd edək ki, FETÖ liderinin müsahibəsindəki əsas məqamlardan biri müxtəlif ölkələrdə fəaliyyət göstərən Gülən məktəblərinin həmin dövlətlərdəki yerli müridlərin adına rəsmiləşdirilməsidir.

Gülən bu etirafı ilə Yenicag.az saytının xüsusilə, 15 iyul çevriliş cəhdindən sonra yazdıqlarını təsdiqləmiş oldu.

Yenicag.Az

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv