!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güləndən təlimat: “İçki için, məni söyün, qarşı tərəfin etibarını zədələyin” – Hərbi Casusluq

!Reklam – Yazi

1447002901559Türkiyədə “Hərbi casusluq” adlandırılan və Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Terror Şəbəkəsinə qarşı qaldırılmış növbəti cinayət işi ilə bağlı müfəttişlərin hazırladıqları hesabat açıqlanıb.

Hesabatda fətullahçıların Türk Silahlı Qüvvələrinin mühüm üzvləri ilə bağlı saxta sənədlər hazırladıqları, özlərinə təhlükə saydıqları hərbçiləri ləkələdikləri, TSQ-nın rəhbərlik siyahısının istədikləri kimi dəyişməsi və Ordunun tamamilə ələ keçirilməsi üçün planlar həyata keçirdikləri qeyd edilib.

FETÖ-yə qarşı olan hərbçilərin etibarının zədələndiyi, gözdən salındıqlarına dair ciddi faktların ortaya qoyuduğu Hesabatda gülənistlərin “dövlətin təhlükəsizliyinə dair sənədlər”i ələ keçirdikləri də qeyd olunub.

Sənəddə FETÖ/PDTŞ-nin hərbi, məhkəmə və polis orqanları içərisindəki şəbəkəsinə dair məlumatlara da yer verildi. Məlumata görə, örgüt özlərinə bağlamaq istədikləri şəxslərlə əlaqəyə ev və dost ziyarətləri ilə başlayıb, daha sonra psixoloji metodlarla o insanları öz ətraflarında birləşdirib. Bu örgütdən ayrılmaq istəyənlərdən isə susmaları tələb olunub və təhdid ediliblər.

Hesabatda yazılıb: “Toplantılarda qərar almaq üçün məsləhət şuraları qurub və “ağabəy”lərin qatıldığı və dini söhbətlərin aparıldığı bu məclislərdə Gülənə aid kitab və məqalələr oxudulub. Telefonda bu barədə danışmaq qadağan edilib və toplantının təhlükəsizliyi baxımından telefonlar iclas öncəsi yığılıb”.

Himmətin örgütün ən önəmli gəlir qaynağı olduğuna diqqət çəkilən Hesabatda “Zaman” və “Sızıntı”ya abunənin də örgüt üçün önəmli olunduğu bildirilib.

Örgüt üzvlərinin “Gülən üçün bir hərbçi tələbə min tibb universiteti tələbəsindən dəyərlidir” dedikləri, əsgər içərisində təşkilatlanmaya önəm verdikləri də Hesabatda yer alıb.

Qeyd olunub ki, hərbi məktəblərdə oxuyacaq örgüt üzvlərinə özlərini maksimum şəkildə gizlətmələri tövsiyyəsi verilib: “Onlar Camaatın digər üzvləri ilə birlikdə qalmırdılar. Gülən tərəfindən deşifrə olunmamaları üçün içki içmələri, Güləni soymələri, oruc tutmamaları, namaz qılmamaları tövsiyyə olunmuşdu.  “Ordunun dinsizlərin əlində olduğu və ancaq bu şəkildə əsgərin və zabitlərin Allah və Peyğəmbəri təhqir etməsinin önlənə biləcəyi” gənclərə anlatılaraq, özlərini gizlətmələri və yüksəlmələri üçün dinsiz kimi davranmalarının zərurəti anladılıb.

Bundan başqa Ordu içində Gülənə qarşı olanların qadınla və başqa əxlaqsız yollarla şantaj olunduqları da Hesabatda bildirilib.

Qeyd edək ki, İzmir başda olmaqla, “hərbi casusluq” əməliyyatında Gülənə bağlı 57 nəfər yüksək vəzifəli şəxs həbs edilib.  Gülən bu iddianamədə də 1 nömrəli cinayət şübhəlisi olaraq, axtarılmaqdadır.

Yenicag.az

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv