!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənə ABŞ-da ağır zərbə – Məhkəməlik oldu – VİDEO

!Reklam – Yazi

1435391829167Paralel Dövlət Şəbəkəsinin lideri Fətullah Gülən ABŞ-da da məhkəməyə verildi. Yenicag.az “Associated Press”ə istinadən xəbər verir ki, vəkil Robert Amsterdam iddianaməni Pensilvaniyadakı bölgə məhkəməsinə təqdim edib.

Gülən saxta dəlillərlə günahsız insanları həbs etdirmək, dövlət içində cinayətkar qrup qurmaqda ittiham olunur.

Xəbərə görə, ABŞ-da daimi yaşayış izni olan 74 yaşlı Güləni məhkəməyə verən üç türkdür. Bünyamin Ateş, Turgut Yıldırım və Murat Öztürk özləri haqqında birbaşa Gülənin təlimatı ilə həbs qərarı çıxarılaraq, 17 ay günahsız olaraq həbsxanada qalmalarının cəzasız qalmamasına çalışırlar.

Vəkil Amsterdam bildirib ki, iddiaçılar Gülən tərəfindən “Tahşiyə” əməliyyatı ilə həbs olunan dindarlardır. Onların tək günahı Gülənin fikirlərinə qarşı çıxış etmələri olub.

Məsələ ilə bağlı digər vəkil Patrik Egan isə bildirib ki, “Mehmet Doğan və yoldaşlarına qarşı Gülən tərəfindən tələ qurulması, sırf ona qarşı olduqları üçün haqsız yerə aylarla həbsxanada qalmaları ABŞ-ın xaricilərlə bağlı haqsız əməl qanununun pozulması deməkdir. “Yaşıl kart” sahibi Gülənin bu fəaliyyəti mütləq cəzasız qalmamalıdır”.

Onların sözlərinə görə, Gülənin bu işdə günahı təsdiqlənərsə (ki, ortada Gülənin bu şəxsləri hədəf göstərdiyi videolar mövcuddur), onun “Yaşıl kart”ı da ləğv edilə bilər.

https://www.youtube.com/watch?v=xSXaennV5ms

Yenicag.az

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv