www.sinerjipro.net

SinerjiProWide
Reklam

erdogan ilham led“Ərdoğanla Davudoğlu yenə də, Gülən tərəfdarlarına qarşı mübarizə aparacaqlar və bununla bağlı da Azərbaycandan istəkləri olacaq”

Elxan Şahinoğlu: “Azərbaycanda keçirilən seçkilərin nəticələri gözlənilən idi. Amma Türkiyədə seçkinin nəticəsi bir qədər gözlənilməz oldu”

Bu sözləri siyasi şərhçi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə və Azərbaycanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini PİA.AZ-a şərh edərkən deyib.


Elxan Şahinoğlu: “Düşünmürəm ki, iki qardaş ölkə arasında ciddi problemlər yaşansın”

Elxan Şahinoğlu bildirib ki, Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri gözlənilən idi, amma Türkiyədə AKP bütün proqnozları darmadağın etdi:

“Azərbaycanda keçirilən seçkilərin nəticələri gözlənilən idi. Səhv etmirəmsə, 20 % dəyişiklik olub. Radikal deyilən müxalifət onsuzda seçkidə iştirak etmirdi. Seçkidə iştirak edib özünü müxalıf sayanlar da elə bir ciddi nəticə əldə edə bilmədi. Bu nəticələr də gözlənilən idi. Amma Türkiyədə seçkinin nəticəsi bir qədər gözlənilməz oldu. Ədalət və İnkişaf Partiyası (AKP) bütün proqnozları darmadağın edərək, təkbaşına hökumət formalaşdırmaq hüququ əldə etmək imkanı qazandı. Bu nəticə Türkiyə üçün gözlənilməz idi. İndi ölkəni 4 il AKP idarə edəcək. Mümkündür ki, ölkə konstitusiyasını dəyişsinlər və hətta prezidentin səlahiyyətləri də artırılsın”.

Siyasi şərhçi eyni zamanda seçkilərdən sonra Türkiyə və Azərbaycanda münasibətlərinin inkişafı ilə bağlı da öz fikirlərini açıqlayıb:

“Türkiyə Azərbaycan münasibətlərində elə bir gərginlik yoxdur. Sadəcə olaraq müəyyən soyuq hallar var idi. İndi Rəcəb Tayyib Ərdoğan və Davudoğlu mövqelərin möhkəmləndirəndən sonra Azərbaycanla münasibətlər yenə də ciddi bağlarla bağlana bilər. Amma bəzi suallar hələ də gündəmdə qalır. Yəni hər iki tərəf problemli məsələlərin həllinə çalışacaq. Ərdoğanla Davudoğlu yenə də, Gülən tərəfdarlarına qarşı mübarizə aparacaqlar və bununla bağlı da Azərbaycandan istəkləri olacaq. Türkiyə və Azərbaycan münasibətlərində hərbi, iqtisadi əlaqələr davam edəcək. Hətta hərbi əməkdaşlıq yüksək səviyyədədədir və daha da inkişaf edəcək. Hər üç aydan bir birgə təlimlər keçirilir. İqtisadi əlaqələr də artım var. Bir neçə aydan sonra Bakı–Tiflis–Qars dəmiryol xətti işə düşəcək. Bütün bunlara görə düşünmürəm ki, iki qardaş ölkə arasında ciddi problemlər yaşansın. Yenə deyirəm münasibətlər arasında açıq suallar var, amma hər iki tərəf bu problemlərin həlli istiqamətində işləməyə çalışacaq”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."