yenicag.az

Gülənin çevriliş cəhdini bu VİDEOlarla verdiyi ortaya çıxdı – FOTO-VİDEO

Gülənin çevriliş cəhdini bu VİDEOlarla verdiyi ortaya çıxdı – FOTO-VİDEO

Müəllif: Baş Redaktor

Baş Redaktor

90298Fətullah Gülənin Paralel Dövlət Terror Örgütü üzvlərinə subluminal mesajlar, geyimlər, işarələrlə, ancaq üzvlərin anlayacağı sözlərlə mesaj verdiyi bilinməkdədir. Məsələn, 2014-cü il 10 avqust Prezident seçkilərindən bir neçə gün öncəki söhbətində beş dəfə “Əkməl” sözünü ifadə etməsi Gülənin Ərdoğana qarşı Əkmələddin İhsanoğlunu dəstəkləməyin vacib olduğuna dair mesajı olaraq qəbul edilmişdi. Və ya onun 2009-cu ildə “Tahşiyə” sözündən istifadə etməsindən sonra polislər Güləni tənqid edən Mehmet Doğan, Mustafa Kaplan və digər anti-fətullahçıları həbs etmiş, “Tahşiyə” Yayın Evini isə bağlamışdı.

15 iyul çevrilişi ilə əlaqədar əvvəlcədən hansı mesajları verdiyi də ciddi araşdırma mövzusudur. Çünki bu dəfə digərlərindən daha professional şəkildə işləyiblər. Hətta  Milli Təhlükəsizlik Təşkilatının belə çevriliş cəhdindən son anda xəbərləri olub.  Yəni, MİT-i belə aldatmağı bacarıblar.

Fəqət çevrilişdən sonra yenidən izlədikdə, əslində çevrilişə dair mesajların verildiyi görülməkdədir. Bunlardan birinin Gülənin “məhv olacaqlar, dəstəyə çağırdıqları onlara yardım etməyəcəklər” deyərək, hədələdiyi videodur. Həmin videoda Gülən hərbçi paltarları rəngində əba geyinib.

Gülənçilərin çevriliş ilə bağlı ikinci videosu isə çevrilişdən tam 9 ay 10 gün öncə yayımlanıb. “Zaman” qəzetinin reklamı olan bu video “Sükutun çığlığı” adlandırıIır və videoda öncə fövqəladə anları xatırladan siqnal səsləri duyulur, ardınca isə bir “GÜLƏN” uşaq meydana gəlir.

Bəzi analitiklər bu videolar əslində Gülən tərəfindən hərbçilər içərisindəki müridlərə ciddi siqnalıdır.

Bundan başqa fətullahçıların “ByLock” adlı proqramla gizli yazışdıqları üzə çıxıb.

Eyni zamanda çevrilişə bir neçə saat qalmış Gülənin “Tvitter” üzərindən verdiyi mesaj “start” xarakteri daşıyır. “Hizmət” insanına ünvanlanan tvitdə deyilir: “Müəssisələri yıxıb, planları pozduğu və birliyi dağılıb, qüvvələri tarımar olduğunda fövqəladə inancı və ümidli; Yenidən qanadlanıb zirvələrdə pərvaz etdiyi zaman da təvazökar və keçinən olmalıdır”.

Yenicag.az

rXsYi_1469035047_3712

sdfdf

https://www.youtube.com/watch?v=0Wxa1KXUjXM&feature=youtu.be

 

https://www.youtube.com/watch?v=X3iO59QhqlI

Gündəm, Manşet, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti