!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gülənin CIA-ya xidmət etdiyini bilirik və bu çevrilişdə amerikan izi var” – Rus rəsmisi açıqladı

!Reklam – Yazi

 

 

kimlik-bilgilerini-de-feto-sizdirmis-h1460016292-da1a40Rusiya Federal Məclisinin Alt Palatasının Duma Təhsil Komissiyasının başçısı Vyaçeslav Nikonov Gülən Şəbəkəsi ilə bağlı maraqlı açıqlama verib. Yenicag.az xəbər verir ki, “Rosiya 1” telekanalına müsahibə verən Nikonov ABŞ-ın Güləni Türkiyəyə təhvil verməyəcəyini bildirib.

“Gülən Mərkəzi Kəşfiyyat Təşkilatına (CIA) işləyir. Buna görə, ABŞ onu Türkiyəyə iadə etməz” deyən, rus rəsmisi  15 iyul çevriliş cəhdində Amerikan izi olduğunu da iddia edib.

“Gülənin CIA-ya xidmət etdiyini uzun illərdən bəri bilirik. Rusiya illərdən bəri bunu bilir və siyasətini də ona görə, qurur” deyən Nikonov  Putinlə Ərdoğanın barışmasını NATO-nun həzm etmədiyini də qeyd edib.

Türkiyədə çevriliş cəhdinin müzakirə edildiyi proqramda çıxış edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Ruslan Qurbanov isə “Gülənin ABŞ-da qalması üçün CIA-nın önəmli isimləri Paul Henze, Graham Fuller, ABŞ-ın Türkiyədəki sabiq səfiri Morton Abramoviç kimi şəxslər dəstək verdilər” deyib.

Qonaqlar Gülənin fəaliyyətinin Rusiyada illər öncədən qadağan olunduğuna da diqqət çəkiblər.

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv