www.sinerjipro.net

SinerjiProWide
Reklam

f40d56a5c24f6112e73cbe0233df871e816a5f2fFətullah Gülən Camaatının önəmli isimləri Türkiyədən qaçmağa başlayıb. 7 iyun seçkilərindən sonra Ərdoğanın zəifləyəcəyinə inanan və zəfər nərələri çəkən “Paralel Şəbəkə” liderləri təkrar seçki olmadan ölkəni tərk edirlər.

Həbs olunacağını öyrəndiyi üçün öncə Ermənistana, oradan Almaniyaya qaçan “Ergenekon” prokuroru Zəkəriyya Özdən sonra Gülənin ən önəmli adamlarından Tuncay Opçin də Türkiyədən qaçdı. Qaçdığına dair xəbəri o, özü bildirdi: “Siz məkkəli müşrik olduqdan sonra mənim boynuma da mühacir olmaq düşdü”.

tuncayoptweet

Qeyd edək ki, Türk Ordusuna qarşı ən böyük xəyanət əməliyyatı sayılan, İlkər Başbuğ da daxil olmaqla, generalların həbsinə yol açan “Balyoz”la bağlı saxta sənədlərlə dolu çamodanı gülənist yazar Mehmet Baransuya verən şəxs olaraq bilinən Opçin onu qaçmaqda ittiham edənlərə “Gedə bilənlər getdi, qalan yaxalandı” cavabını verdi. Tuncay Opçin Mehmet Baransu ilə birlikdə Türk ordusuna qarşı “Pirus” kitabını da yazıb.

Tuncay Opçin gülənist olduğu üçün Dəniz Qüvvələrindən atılan əsgərdir. Daha sonra ABŞ-da yaşayan Gülənə ən yaxın şəxslərdən biridir.

Xatırladaq ki, Gülənə yaxın şəxslərin, xüsusilə imamların ölkəni tərk etməsi Şəbəkədə ciddi narahatlığa səbəb olub.  Xüsusilə, həbsdə olan və Gülənin onları azadlığa buraxdıracağını gözləyən polislərin dilləri açılmağa başlayıb. Bu səbəbdən də Gülən Şəbəkəsi Türkiyədə ciddi narahatlıq keçirməkdədir.

Təkrar seçkidə AKP-nin təkbaşına iqtidar olmaq şansının yüksəkliyi də Camaat üçün başqa bir qorxu qaynağına çevrilib. Bu səbəbdən də PKK ilə ortaq hərəkət etməkdədir. PKK və onun siyasi qanadı olan HDP-yə dəstək vern Gülən mediası qaçmalarını da “hicrət” adlandıraraq, xəyanətlərinə və qaçmalarına dini don geyindirmək istəyirlər.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."