yenicag.az
yenicag.az

Gülənin imamı Ərdoğanın öldürülmə əmrini verdi – ŞOK VİDEO

Gülənin imamı Ərdoğanın öldürülmə əmrini verdi – ŞOK VİDEO

Müəllif: Redaktor

Editor

resized_222ec-2221698ffsfdsFətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Terror Təşkilatı ilə bağlı yeni qalmaqallı video paylaşılıb.

Yenicag.az xəbər verir ki, FETÖ-nün Ege imamı Necdet İzelin telefon danışıqları polis tərəfindən dinlənilincə, sensasiyalı məsələlər ortaya çıxıb. İçelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öldürülməsinin vacibliyini vurğuladığı videoda Camaatın 31 nəfər tərəfindən idarə olunduğunu bildirib.

Gülən kimi ABŞ-a qaçan Necdet İzelin bu danışıqları Paralel Şəbəkə ilə bağlı İddianamədə yer alıb. “Biz ən üstdəyik və dünyanı dolaşdıqdan sonra fikirlərimizi Hocaəfəndiyə bildiririk” deyə, danışan Necdet İzel imam müavinlərindən Bilal kod adlı şəxslə danışarkən “Ərdoğan öldürülməlidir” deyir. Polis və orduya necə agent yerləşdirdiklərini vurğulayan Necdet İzel “vaxtilə bizim təkbaşına gördüyümüz işin indi 5-10 nəfər görür” deyə, söyləyib. Terror təşkilatının bir də “beyin komandası” olduğunu bildirən N.İzel onların arasında Naci Tosun və Abdullah Aymazın adlarını xüsusi vurğulayır. Qeyd edək ki, Naci Tosun Camaatın Azərbaycan və Orta Asiya üzrə kuratoru-imamıdır. Ən son “Çağ Öyrətim” şirkətinin 20 illiyində Bakıda çıxış edən Tosun Gülənin yerinə önəmli namizədlərdən sayılır.

Aşağıdakı linkə daxil olaraq, videonu izləyə bilərsiniz:

 

VİDEO BURADA

http://www.yenisafak.com/video-galeri/fetonun-imamlari-tayyip-erdogan-olmeli-2065429?type=2&refid=2332397

 

Yenicag.az

Dünya, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti