Gülənin malikanəsi havadan görüntülənib- FOTO  

Gülənin malikanəsi havadan görüntülənib- FOTO

Müəllif: Redaktor

Editor

15 iyul çevriliş cəhdinin birinci ildönümündə Anadolu agentliyi Fətullah Gülənin Pensilvaniyadakı malikanəsini çəkib.

Yenicag.az xəbər verir ki, FETÖ terror təşkilatının lideri Fətullah Gülən 1999-cu ildən bəri bu evdə yaşayır. Təxminən 400 hektarlıq böyük bir ərazidə yerləşən malikanənin təhlükəsizliyi ciddi şəkildə mühafizə olunur. Anadolu agentliyi havadan malikanəni çəkəndə bir nəfərin də aşağıdan helikopteri çəkməsi diqqətdən qaçmayıb.

Qeyd edək ki, dünən Pensilvaniyadakı türklər Gülənin evinin önündə etiraz aksiyası keçirmişdi. Polis bu hadisənin qarşısını almaq üçün hər iki tərəfdən küçədəki hərəkəti məhdudlaşdırıb və aksiyaçılara mane olub.

Yenicag.az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti