Gülənin ömürlük həbsi tələb olunur – İttihamlar: Casusluq, Terror, Dövlət çevrilişinə cəhd

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

Screenshot_2Fətullah Gülən Terror Şəbəkəsinə qarşı növbəti istintaq işi sona çatıb. Camaata qarşı 3-cü əməliyyat olaraq bilinən bu istintaq işinin sonucunda prokuror Gülən haqqında ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib.

Yenicag.az xəbər verir ki, 69 şübhəlinin adının keçdiyi iddianamədə Gülən 1 nömrəli şübhəlidir.

Pensilvaniyada yaşayan, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə biznes imperiyası quran Gülən “Şiddət və terror ilə Türkiyə Cümhuriyyəti Hökumətini ortadan qaldırmağa cəhd”, “Silahlı örgüt qurmaq və idarə etmək”, “Dövlətin təhlükəsizliyini təhlükəyə ata biləcək siyasi və hərbi bilgiləri casusluq məqsədi ilə ələ keçirmək” ittihamı ilə mühakimə edilir.

 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır