yenicag.az
yenicag.az

Gülənin telekanallarına ağır zərbə

Gülənin telekanallarına ağır zərbə

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

fetonun_medyasi_kanali_gazetesine_el_konulmali_savcilik_kararli_burokratlar_da_cesur_olmali_h31371_0ed30Türkiyədə Fətullah Gülən Terror Şəbəkəsinə qarşı dövlət səviyyəsində mübarizə davam edir. Yenicag.az xəbər verir ki, Türkiyənin ən böyük TV Paylaşım Platformu Gülən Medianı öz sistemindən çıxardı.

Dijitürk qərarını belə açıqladı: “Ankara Cümhuriyyət Baş Prokurorluğunun tələbi ilə “Konstitutsion düzənə qarşı işlənən cinayətləri araşdırma bürosu tərəfindən aparılan istintaqın nəticəsinə dair şirkətimizə rəsmi müraciət olunub. Rəsmi müraciətin sonucunda Kanaltürk, Samanyolu TV, Mehtap TV, S Haber (Samanyolu Haber), Bugün TV, Yumurcak TV və  İrmak TV kanalları platformdan çıxarılıb”.

Qeyd edək ki, “Dijitürk”dən öncə Tivibu və Turkcell Superonline kanal platformları da Gülənin telekanallarını sistemlərindən çıxartmışdılar.

Xatırladaq ki, Türkiyə terror ilə mübarizə apardığı bir ərəfədə Gülən media PKK-ya dəstək verməkdədir. Öldürülən PKK terrorçularını “dinc əhali” deyə, cəmiyyətə təqdim edən Gülən mediası hazırda iqtidara müxaliflik adı altında dövlətə qarşı mübarizə aparmaqdadır. Platformlardan çıxarılma qərarı da bununla əlaqədardır.

Gündəm, Cəmiyyət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti