Gülənistlərin “Milli Məclis-2015” planlarının detalları yayıldı  – DEŞİFRƏ

Müəllif: Baş Redaktor

Baş Redaktor

11933606_10206453481248578_1400906420_nParlament seçkilərinə start verildi. Siyasi partiyalarla yanaşı hakimiyyətdə təmsil olunmaq istəyən digər qüvvələr də Milli Məclis uğrunda yarışdan geri qalmırlar. Xüsusilə, hakimiyyətə namuslu yollarla deyil, daim arxa qapıdan sızmaq istəyən Gülən Şəbəkəsi bu seçkidə də eyni taktikadan istifadə etməkdədir. Yenə də iqtidar və müxalifətin siyahılarına sızmaqla, eyni zamanda iqtidaryönlü bitərəf kvotasından da yararlanmaqla, sıralarını artırmaq istəyir.

Köhnə qvardiya yenidən hücumda

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hakim partiyanın gənclər üçün ayrılan kvotasına da göz dikən gülənistlər köhnə qvardiyanı da bütövlüklə parlamentə daşımaq niyyətindədirlər.

Məlumatda deyilir ki, gülənistlər Ceyhun Osmanlı və Rəbiyyət Aslanova ilə birlikdə sabiq komitə sədri Elşad İsgəndərovun da mandat almasına çalışacaqlar. Bundan başqa Elnur Aslanovun dəstəyi ilə yüksələn “şahin”lərin də mandat almaq istədikləri vurğulanır.

Ceyhun Osmanlının Azərbaycana sırıdığı “populyar Avropa saytları”

11912993_10204821664561061_662443890_nQeyd olunur ki, bu şəxslər arasında Ceyhun Osmanlı yenidən mandatını qarant altına aldığını söyləməkdən çəkinmir. Belə ki, ötən il artıq namizədliyini irəli sürməyəcəyini yaxın dostlarına deyən Osmanlı Avropa Oyunları zamanı ona yaradılan imkanlarla “amnistiya”ya düşdüyünü bildirir. Ancaq Yenicag.az-ın araşdırmaları göstərir ki, Avropa Oyunları zamanı Ceyhun Osmanlı və “ağır abiləri”nin “təbliğat” fırıldağı açılarsa, sadəcə o deyil, “ağır abiləri” də qurtara bilməyəcək. Belə ki, Azərbaycan dövlətinin milyonlarla pulu təbliğat adı ilə Avropanın yüzüncü dərəcəli media orqanlarına və oyunlardan bir neçə ay öncə özlərinin qurduğu saytlara yönləndirilib. Aparıcı Avropa mediası ilə düzgün əməkdaşlıq siyasəti qurulmayaraq, “pripiska” siyasətindən bəhrələnib. Azərbaycan dövlətinə isə aparıcı qərb mətbuatının əməkdaşlıq etmək istəmədiyi yalanı sırınıb. Oyunlar zamanı Qərb mətbuatının Azərbaycanı vurmasının arxasında həm də bu yarıtmaz fəaliyyət dayanıb. Ceyhun Osmanlı isə həmin prossesin başında dayanan şəxslərdən biri olub.

323232Ceyhun Osmanlının qurdurduğu saytlardan biri də eutoday.net saytıdır. Osmanlının Avropanın ən nüfuzlu saytlarından biri olaraq, təqdim etdiyi saytın domaini ötən il alınıb və nəinki nüfuzu aşağıdır, saytın heç bir ciddi sayt şkalasında adı yoxdur. Alexa.com-da dünya üzrə 1,710,464-cü olan sayt hər hansı bir ölkə üzrə reytinq cədvəlində də yoxdur.

323232e33Gülənistlərin aktiv olduğu Brüsseldən yayımlandığı sayt adına Azərbaycandan nə qədər pul silindiyini ancaq dövlət bilsə də, görünən odur ki, bu kimi saytlar sadəcə Ceyhun Osmanlının və mənsub olduğu şəbəkənin dirilişindən başqa bir şeyə yaramayıb.

441111

Tapşırıq ABŞ-dan gəlib

Məlumatda qeyd olunur ki, seçkilərdə Rəbiyyət Aslanova, Ceyhun Osmanlı, Elşad İsgəndərov və digər namizədlərinin mandat alması üçün hərəkət planına ABŞ-dan xeyir-dua verilib. Artıq bu iş üçün Hərəkət Mərkəzi də qurulub. Gülənin Azərbaycandakı rəsmi təmsilçisi sayılan Mustafa Saatçının da daxil olduğu gizli qrup bu namizədlərin önündəki əngəlləri zərərsizləşdirmək üçün çalışacaqlar. Seçki prossesinə maddi dəstək də TUSİAB-dan gələcək. Gülənin qurduğu şirkətlər qrupu Aslanovun açıq və gizli namizədlərinin seçki kampaniyalarını maliyyələşdirəcək. Məlumatda deyilir ki, seçkini qarant altına almaq üçün məntəqə və DSK sədrlərini belə ələ keçirməyi planlaşdıran Şəbəkə önəmli namizədlərinin seçilməsini bu şəkildə qarant altına almağı düşünürlər.

Seçki dönəmində bəzi rayonlarda “Quba” variantının həyata keçiriləcəyi və gülənistlərin bu məsələdən “qəhraman” olaraq çıxarılacağına çalışılacaq.

Eyni zamanda bildirilir ki, seçki dönəmində ABŞ mətbuatında Azərbaycan əleyhinə yazılar artacaq və bunların “qarşısının alınması prossesi” növbəti dəfə gülənistlərin “sayəsində mümkün olacaq”. Bununla yenidən hakimiyyətin yanında xal qazanan fətullahçılar “vazkeçilməz” olduqlarını ortaya qoyacaqlar.

Bu məsələdə Elşad İsgəndərov və Ceyhun Osmanlının daha aktiv rol alacağı vurğulanır. Rəbiyyət Aslanova icazə ala bilərsə, onun yerinə oğlu namizədliyini irəli sürəcək. Ancaq bu zəif ehtimaldır. Çünki “siyasi xadim”in 2018-ci ilə qədər gözdən uzaq olması planlaşdırılmaqdadır.

 Son əvəzi

Gülənin adı bilinən namizədləri ilə yanaşı xeyli sayda bitərəf namizədi də var ki, onların adı öz üzvlərindən belə sirr kimi qorunmaqdadır. Ancaq onların bir neçəsinin QHT sektorundan olduğu bilinməkdədir.

Yenicag.az 

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir