www.sinerjipro.net

SinerjiProWide
Reklam

Aprelin 8-9-da Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək. Sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək. Yeniçağ.az xəbər verir ki, qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçisi İlqar Abdulovun başçılığı altında yarışa qatılacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (hər ikisi 71 kq) yer alacaq.

Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvəsini sınayacaq. Komanda məşqçilər Sadruddin Ayqubov və Əsgərxan Novruzovun başçılığı altında yarışda iştirak edəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.
Proqrama əsasən, aprelin 8-də 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışacaq. 66, 75, 85, 130 kq yunan-Roma, 61, 70, 86, 125 kq sərbəst və 53, 58, 63, 75 kq çəkidə qadın güləşçilər isə aprelin 9-da mübarizə aparacaq.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.