6DZkitecQ73vAzərbaycan Güləş Federasiyası İraqda İŞİD-in tərkibində öldürülən güləşçimiz Çamsulvara Çamsulvarayevlə bağlı açıqlama verib. Lent.az-a danışan federasiyanın mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib ki, Ç.Çamsulvarayevin İraqda İŞİD-in tərkibində döyüşməsindən məlumatsız olublar.

Onun sözlərinə görə, kariyerasını bitirdikdən sonra güləşçinin federasiya ilə əlaqələri kəsilib və o, ölkəsinə – Dağıstana qayıdıb: “Onun İraqda olduğunu, İŞİD-ə qoşulduğunu bilmirdik”.
Federasiya rəsmisi deyib ki, güləşçimizin ölümü barədə onlarda heç bir məlumat yoxdur.

Bu arada Çamsulvara Çamsulvarayevin ölümü ilə bağlı yeni detallar açıqlanıb. İŞİD-ə yaxın olan media qurumlarının yaydığı məlumata görə, Çamsulvarayev və Məhəmməd Əhmədov sentyabrın 22-də Mosul yaxınlığında pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüblər. Onlarla birgə Karaçay-Çərkəzdən olan Abdullah Cay, Abdulhəmid Şişani də həlak olublar.
Məlumata görə, əslən Dağıstanını Sumadi rayonundan olan Məhəmməd Əhmədovun evində onun yas mərasimi keçirilib. 3 gün davam edən mərasimə polis müdaxilə etməyib.

Onu da qeyd edək ki, Rusiya mətbuatının iddiasına görə, Çamsulvarayev Dağıstan və Şimali Qafqazdan olan yeniyetmə qızları terror təşkilatına cəlb etmək və onlardan kamikadze hazırlamaqla məşğul olurmuş.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."