yenicag.az
yenicag.az

“Günahsız ola-ola həbs olundum” – Müəmmalı qəzadan görüntülər-Foto,Video

“Günahsız ola-ola həbs olundum” – Müəmmalı qəzadan görüntülər-Foto,Video

Müəllif: Redaktor

Editor

muemmali-qezaFemida.az-a müraciət daxil olub. Müraciətdə şəxs heç bir günahı olmadığı halda baş verən avtoqəzaya görə həbs olunduğunu və məhkəmə prosesinin hələ də davam etdiyini bildirir. Həmin müraciəti ixtisarla oxuculara təqdim edirik: “Mən, Məmmədov Əzizbala Hənifə oğlu 09.07.2015-ci il tarixində saat təxminən 18:30 radələrində Masazır duz gölü yaxınlığında, Novxanı qəsəbəsi istiqamətində gedərkən ötmə əməliyyatını həyata keçirdim və qısa zaman ərzində öz yoluma keçərək 90km/saat sürətlə(yol nişanı bildirdiyi kimi ) hərəkətə davam etdim.

Bu zaman, arxadan yüksək sürətlə (müstəntiqin rəyində bildirdiyinə görə guya Nissan Qasqai markalı avtomobildə 90 km/saatla hərəkət edib) Nissan Qashqai ( 10-NJ-020) markalı avtomobilin gəldiyini gördüm. Bu zaman ani vaxtda sağ zolağa tələsik keçmək istədim. Lakin Nissan Qashqai markalı avtomobilin artıq sağ tərəfdə olduğunu görüb, cəld şəkildə öz yoluna qayıtdım. Bu zaman yolun sağ hərəkət istiqaməti ilə irəliləyən Nissan Qashqai markalı avtomobilin sürücüsü Hüseynova Səadət Orucəli qızı özünü itirərək, avtomobilin sağ tərəfində irəliləmək üçün geniş yol sahəsi olmasına baxmayaraq, təcrübəsiz şəkildə sükanı maksimum dərəcədə sol tərəfə döndərdi və nəticədə, yolun əks istiqamətində irəliləyən Nuriyev Bəhruz Atabala oğlunun idarə etdiyi Mercedes –E220 (90-RZ-663) markalı avtomobillə toqquşdu.

Nəticədə, “Mercedes” maşınının sürücüsü Nuriyev Bəhruz Atabala oğlu elə hadisə yerindəcə keçindi. Hadisə baş verən kimi xalam oğlu ilə maşından aşağı enərək yaralıya kömək etməyə çalışdım. Hadisə baş verən axşamı yaşadığım ünvandan PPX-nin əməkdaşları tərəfindən (sanki illərdir axtarılan cinayətkara göstərilən bir davranış şəkli ilə) saxlanılaraq Abşeron rayon Polis İdarəsinə aparıldım. Bu zaman PPX avtomobilində Abşeron rayon Polis İdarəsinin müstəntiqi Ayaz Kazımov da var idi. Polis bölməsində məndən hadisə ilə bağlı izahat alındı. Daha sonra isə, avtomobilin müvəqqəti saxlanılması şərti ilə polis idarəsindən evə buraxıldım. Avtomobilə ekspert baxışı keçirildikdən sonra onu geri götürdüm. Noyabr ayında yenidən polis idarəsinə çağırıldım.

Bu zaman məndən bəzi sənədləri də (iş yerindən xasiyyətnamə ,maşının sığortası və yaşayış yerindən arayış) özümlə gətirmək tələb olundu. Polis bölməsində barmaq izlərim götürüldü. Polis müstəntiqi məni hadisə yerindən qaçmaqda günahlandırdı. Halbuki, hadisə yerindən qaçıb-qaçmadığını araşdırmaq üçün yolun axırında olan təhlükəsizlik kameralarına ümumiyyətlə baxılmayıb. Hadisəni arxadan izləyən digər “lexus” un sürücüsü dindirilməyib, həmin maşında kamera ola bilərdi. Bununla da bütün qaranlıq məqamlar ortaya çıxardı. Müstəntiq qəzanı törətməkdə təqsirləndirilən şəxs olduğumu bildirdi və bir müddət sonra məhkməyə çağırılacağımı vurğuladı. Bir sözlə, heç bir təqsirim olmadan bu cür ittihamlarla üz-üzə qaldım.

Hazırda isə məsələ ilə bağlı məhkəmə prosesi davam edir. Sizə göndərdiyim fotoda da aydın görünür ki, mənim idarə etdiyim KİA markalı avtomobil, Hüseynova Səadət Orucəli qızının idarə etdiyi Nissan Qasqai markalı avtomobillə heç bir təmasda olmuyub. Lakin, ekspertizanın çıxardığı rəydə tam fərqli və qərəzli mövqe nümayiş olunub. Belə ki, ekspert rəyində qəza zamanı KİA avtomobilinin Nissan markalı avtomobillə kiçik təmasda olduğu göstərilib”. Həmin qəzanın video görüntüsünü və ekspert rəylərini oxuculara təqdim edirik:

 

 

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti