www.sinerjipro.net

SinerjiProWide
Reklam

ytffff

Adətən nəyəsə tələbat olanda kampaniyalar keçirilir, qiymətlər endirilir, deyilmi? Bu qayda bircə gül salonlarına aid deyil, nədənsə… Məktəbqabağı güllər az qala qızıl qiymətinə olur Bakıda. Niyə? Çünki, ölkədə qiymətə nəzarət edən qurum yoxdu?! Bəlkə gül satanlar faiz verdikləri üçün özbaşınalıqları göz çıxarır?!
Müsəlmanıq axı… Özümüz praktika yaşamasaq var olan problem bizi narahat etmir. Mən də bu gün, gül terroruna məruz qaldım deyə mövzunu incələmək qərarına gəldim.
Bayramlarda gül qiymətlərinin ucuzlaşmaq əvəzinə, bahalaşmasının səbəbini axtarıram…
Bu gün 15 sentyabrdır. Çoxları üçün sadəcə bilik günüdür. Amma şərəfli tariximizdə həm də bu günün başqa özəlliyi də var. 1918-ci ilin 15 sentyabrında paytaxtımız yadelli işğalçılardan, o cümlədən, erməni qəsbkarlarından Azərbaycan Demokratik Cumhuriyyətinin Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk İslam Ordusunun hissələrinin sayəsində azad edilib.
Bayramlarımız xoş əhvalla davam edirdi… Ta ki… Qızlarıma məktəb üçün gül almaq istəyənə qədər. İçərişəhər metrosundan bir az aşağıda gül dükanına üz tutdum. Hazır dəstələrin qiymətinə nitqim qurudu: Üç qızılgül 35 azn, 5 qızılgül 45. Öz-özümə fikirləşdim ki, görəsən bu qiymətlər məktəb formasına uyğunlaşdırılıb?!
Nəysə, dedim mən gülə 35 manat verəcək qədər varlı deyiləm. Mənə bir qızılgülün yanına ot-ələf yığın verin. Nə desələr yaxşıdır?! Mənim, müştərinin istəyinə gələn cavaba baxın:
– Xanım adi günlərdən olsa, edərdim, amma müdiriyyət bayram günlərində bir gülün bəzədilməsini qadağan edib.

O ki, cizgi film qəhrəmanlarının gözü hədəqəsindən fırlanıb başının ətrafında dolanır a… təxminən o hala düşdüm.
Qalxmış qaşlarım, kinayəli baxışımla xeyli üsyan edəndən sonra (müdiriyyətin çağırılmasını tələb etməyə vaxt yox idi, məktəbə gecikəcəkdim) iki ədəd tək, bəzəksiz gül almaq istədiyimi, dedim.
İki dəst kağız-kuğuz, ayrıca ot-ələfə də 15 azn ödəyəndən sonra, elə onların gözü qarşısında bütün yaradıcılığımı səfərbər edib 45 manatlıq gül dəstələrini kölgədə qoyacaq çələng hazırladım.
Etiraz eləmək istəyən satıcıya necə dəhşətlə baxdımsa, iki addım geri çəkilib, susdu.
Hər bayramöncəsi gül dükanlarında etiraz piketlərini keçirmək ürəkaçan deyil. Ona görə də indi fikirləşib çözüm axtarmaqdayam. İki fərziyyəm var:
1. Ya hər bayram yaşanan gül terroruna qarşı ümummilli kampaniya başlamalı
2. Balkonda qızılgül əkməli
Siz nə məsləhət görürsüz, əziz oxucu?

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 119
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."