Yazı İçi 468×60

publika.az1449420385yanqi276444bd5351ece740Mirvari Qəhrəmanlı: “Burada əsas məsuliyyəti 28 May Neft-Qaz Çıxarma İdarəsi və Neft və Qazçıxarma İstehsalat Birliyinin rəisi Daşqın İsgəndərov daşıyır”

Dekabrın 4-də “Günəşli” yatağının 10-cu özülündə baş verən yanğın hələlik 2 nəfərin ölümü və 29 nəfərin itkin düşməsilə nəticələnib. İtkin düşənlərin də sağ qalacağına olan ümidlər azdır. Gərəsən, belə bir hadisənin baş verməsində kimdir günahkar? Burada SOCAR rəhbərliyinin günahı nə qədərdir?

Yenicag.az-a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, SOCAR rəhbərliyi bu olayla bağlı ancaq mənəvi məsuliyyət daşıya bilər. Əsas məsuliyyət isə həmsöhbətimizin fikrincə, Neft və Qazçıxarma İstehsalat Birliyinin rəisi Daşqın İsgəndərov daşıyır: “Günəşli” yatağının 10-cu özülündə insan tələfatı ilə nəticələnən hadisədə SOCAR rəhbərliyi məsuliyyət daşımır. İdarə və müəssisələrdə bütün baş verən neqativ hadisələrə, qəzalara görə bilavasitə SOCAR rəhbərliyi məsuliyyət daşıyacaqsa, onda ölkədə heç bir nazirlikdə, idarələrdə rəhbər qalmazdı. Bu olaya görə kimin məsuliyyət daşıdığını yaradılan komissiya müəyyənləşdirəcək. Hər bir idarə və müəssisədə işçi üçün təhlükəsizlik iş şəraitinin yaradılması üzrə məsuliyyət bilavasitə işə götürənin boynundadır. İdarə və müəssisələrdə təhlükəsizlik qaydalarına nəzarət üzrə məsuliyyəti isə baş mühəndis və onun tabeliyində olan təhlükəsizlik xidmətinin əməkdaşları daşıyır. Baş Prokuror tərəfindən də cinayət işi qaldırılıb. Olayın baş vermə səbəbləri, yanğına rəvac verən halları nəzərə alaraq son sözü də prokurorluqla, komissiya deyəcək. 25 ildir ki, neft sektorunda işləyən və struktura, hadisələrə tam bələd olan birisi kimi deyirəm ki, SOCAR rəhbəri Rövnəq Abdullayev bu hala görə təbii ki, mənəvi məsuliyyət daşıyır. Çünki həmin yerə cavabdeh olan idarə rəhbərləri, oradakı kadrları da o təyin edib. Amma burada əsas məsuliyyəti 28 May Neft-Qaz Çıxarma İdarəsi, AzNeft rəhbərliyi, Neft və Qazçıxarma İstehsalat Birliyinin rəisi Daşqın İsgəndərov daşıyır. Bütün hallarda məsuliyyət aşağıdan başlayır. Araşdırmalardan sonra ola bilsin baş vermiş olayda işçinin özünün günahkar olduğu da üzə çıxsın. Bunların hamısı aydınlaşdırılacaq”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 126
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."