!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Günəşli” ilə bağlı yeni xəbər

!Reklam – Yazi

fhn_guneshli_071215_03SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən “Neft Daşları”nın 3 əməkdaşının axtarışları davam edir.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır. Axtarışlar Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər, o cümlədən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmilər vasitəsilə aparılır. Əlverişsiz hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb”, – deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: “Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur”.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv