yenicag.az
yenicag.az

“Günəşli”də yanan neftçidən xəbər var

“Günəşli”də yanan neftçidən xəbər var

Müəllif: Redaktor

Editor

797344_471736Dekabrın 4-də “Günəşli” yatağının 10-cu platformasında qəza zamanı müxtəlif yanıq xəsarətləri alan neftçi Bəxtiyar Ələkbərov gələn həftə evə buraxılacaq.

Bu barədə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib. O qeyd edib ki, neftçinin vəziyyəti stabildir.

“Xəstənin vəziyyəti kafidir. Müalicəsi davam edir, gələn həftə evə buraxılacaq. Buna baxmayaraq o, daim nəzarətdə saxlanılacaq. Ambulator şəraitdə müalicələrini davam etdirəcək”. Ş.Məmmədov neftçinin işə başlaması üçün hələ tez olduğunu vurğulayıb.

“İki dəfə əməliyyat olunub. Əllərində yanıq çox olduğu üçün barmaqlarını normal işlətməsi mümkün deyil. Onun üçün müəyyən zaman lazımdır. Bir müddətdən sonra yenidən əməliyyat olunub”.

Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 32 nəfər xilas edilib.

İndiyədək 11 nəfərin cəsədi tapılıb, 19 nəfərin axtarışları davam etdirilir. Eyni zamanda “Neft daşları”nın Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş verən qəza zamanı üç neftçi itkin düşüb.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti