“Günəşli”də yanğın söndürüldü

Müəllif: Redaktor

Editor

qgunesliDövlət Neft Şirkətindən verilən məlumata görə, “Günəşli” yatağının 10-cu özülünün quyularından birində yanğın söndürülüb.

Həmçinin, şirkətin mütəxəssisləri, prosesə cəlb olunmuş amerikalı mühəndislərlə birlikdə iki günlük çalışmadan sonra xüsusi kollektoru çiləmə sisteminə yerləşdirməyə nail olublar. Bu üsulun əhəmiyyəti ondan ibarətdir ki, su təzyiqlə birbaşa dənizin təkində qaz quyusuna, qazın çıxdığı yerə birbaşa vurulacaq. Bununla da borunu soyutmaq mümkün olacaq ki, mütəxəssislər onun üzərində işləyə və güclü təzyiqlə çıxan qazın qarşısını almaq üçün borunun ağzını bağlaya bilsinlər.

Bundan sonra yanğınla mübarizə daha sabit və daha təhlükəsiz, başlıcası isə daha səliqəli şəkil alacaq. Suyun quyuya vurulmasına ötən gün başlanmalı olsada, tez-tez dəyişən hava şəraiti müəyyən çətinliklər yaratdığından proses bu günə qədər təxirə salınıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir