“Günəşli”dəki yanğınla bağlı SON MƏLUMAT

Müəllif: Redaktor

Editor

sasasHazırda “Günəşli” yatağında baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürmə gəmisi cəlb olunub.

Bu barədə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov bu gün yanğınla bağlı keçirilən brifinqdə deyib.

O, qeyd edib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, yanğının söndürülməsi işləri davam etdirilir.

D.İsgəndərov bildirib ki, 4 yanan qaz quyusu var: “İlk növbədə, yanğın baş verən 10-cu özülü su ilə təchiz etməyə çalışırıq ki, yanğının söndürülməsi üçün bu su mənbəyindən istifadə edək”.

O, əlavə edib ki, itkin düşmüş neftçilərin axtarışları da davam etdirilir: “Çalışırıq ki, itkin düşmüş neftçilərin hamısını tapıb ailələrinə təhvil verək”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir