“Günəşli”dən yeni xəbər

Müəllif: Redaktor

Editor

gunesli_yangin_026“Günəşli platformasında baş verən yanğın artıq söndürülmək üzrədir. Əgər işlər belə davam etsə yanğının qarşısı ən gec sabaha qədər alınacaq”.

Bu barədə Anspress-ə platformada baş verən yanğınla əlaqədar yaradılan qərargahdan məlumat verilib. Məlumata görə, dəvət edilən əcnəbi mütəxəssislərlə yerli qurumların birgə fəaliyyəti nəticəsində artıq yanğın xeyli azalıb. Hazırda da söndürülməsi istiqamətində gərgin iş gedir:

“Ancaq ən təəssüfedici məqam odur ki, axtarışlar hələ də heç bir nəticə verməyib. Axşam hava qaralanda helikopterlər axtarışı dayandırır və səhər tezdən yenidən fəaliyyətə başlayırlar. Ancaq dalğıclar və gəmilər gecə də öz işlərini davam etdirirlər. Bu gün “AZAL”-ın da təyyarəsi yenidən axtarışlara qoşulur. Hava da axtarış üçün çox əlverişlidir. Hazırda təkcə Fövqaladə Hallar Nazirliyinin (FHN) 3 helikopteri havaya qaldırılıb, Dövlət Sərhəd Xidmətinin (DSX) də vertolyuotları bir azdan havaya qaldırılacaq”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir