!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güneyli soydaşımız: “İranın haqqı yoxdur ki, etiraz etsin”

!Reklam – Yazi

14533878901503954291_1000x669İsrail baş naziri Binyamin Netanyahu bu gün Azərbaycana rəsmi səfər edəcək.

Netanyahunun səfərindən öncə isə İranın Azərbaycandakı səfiri Möhsun Pakayin rəsmi Bakının İsrail baş nazirinin səfərinə razılıq verəcəyini gözləmədiyini deyib. İran tərəfindən belə bir açıqlama verilməsi nə dərəcə də düzgündür?

Məsələ ilə bağlı Yeniçağ.Az-a münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Babək Muğanlı deyib ki, Azərbaycana hansısa ölkənin rəsmisinin səfər etməsinə İranın münasibət bildirməsi ölkənin daxili işlərinə qarışmaq deməkdir.

Onun sözlərinə görə, dövlətlər müstəqildir və biri-biri ilə əlaqələr yaratmaqda sərbəstdirlər:

“İranın keçmiş prezidenti Əhmədi Nejat Ermənistan prezidenti ilə görüşür, münasibətlər qurur. Azərbaycan buna iki ölkənin münasibətləri kimi baxır”.

B.Muğanlı bildirib ki, Azərbaycan Respublikası İranın bir əyaləti deyil: “Tehran rəsmilərinin Serj Sarkisyanla görüşməsinə, İranın Ermənistanı qazla, işıqla təmin etməsinə, birgə şirkətlərin yaradılmasına, İrəvanda otellərin tikilməsinə Azərbaycan etirazını bildirmir. Qurani-Kərimdə deyildiyi kimi, bir müsəlman digərinə kömək etmirsə, kafirdir. Əgər İran dövləti düzgün mövqedədirsə, niyə Dağlıq Qarabağda müharibə gedəndə kömək etmədi, niyə Ermənistana yardım etdi? İranın haqqı yoxdur ki, Netanyahunun Azərbaycan səfərinə etiraz eləsin”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv